Logo

Mərkəzi Nəbatat Bağı ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi-tədqiqatları davam edir

19.10.2021 12:55 48 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağı ilə Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında  aparılan birgə tədqiqat işləri davam edir.

Tədqiqat işləri Nəbatat Bağının Qida və dərman bitkiləri laboratoriyasının əməkdaşları – biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Quliyeva, biologiya üzrə fəlsəfə doktoru Aynur Ərəbzadə, elmi işçi Günay Məmmədova və Əkinçilik Elmi-Tədqiqat İnstitunun Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi laboratoriyasının əməkdaşları – laboratoriya müdiri Sevil Abbasquliyeva, Əbdürəhman Adıgözəlov, böyük elmi işçi Aytən Qədimova tərəfindən aparılır.  Tədqiqat obyekti kimi dərman, texniki və balverən bitkilər olan gülxətmi (Alcea L.), bədrənc (Melissa L.), sığırquyruğu (Verbascum L.) cinslərinə daxil olan növlər götürülüb.  İnstitutun nəzdindəki laboratoriyalarda müasir metod və avadanlıqların köməyi ilə tədqiq olunan növlərin biokimyəvi tərkibi öyrənilir.

Xəbər lenti