Logo

Naxçıvan Dövlət Universitetinin əcnəbi tələbələri muzeyləri ziyarət ediblər

19.10.2021 12:48 350 baxış
IMG

Ali təhsil ocağının əcnəbi tələbələri muxtar respublikada yerləşən muzeylərdə ekskursiyada olublar.

“Heydər Əliyev” muzeyində olan tələbələrə məlumat verilib ki, muzey Naxçıvan MR Ali Məclisinin 18 fevral 1999-cu il tarixli sərəncamı ilə yaradılıb və 1999-cu il 10 may tarixindən fəaliyyət göstərir. Bildirilib ki, muzeydə Ulu Öndərin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan MR Ali Məclisinin sədri işlədiyi dövrə aid şəxsi sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri nümayiş olunur.

“Xalça muzeyi”nin bələdçisi tələbələrə məlumat verib ki, muzey 1998-ci ilin aprelindən fəaliyyət göstərir. Qala məhəlləsinin Xan dikində - 200 illik tarixə malik Xan sarayında fəaliyyətə başlayan muzey 2010-cu ildən Heydər Əliyev prospektindəki yeni binaya köçürülüb. Muzeydə 264 xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, 60 ədəd mis və saxsı qab nümayiş etdirilir. 

Daha sonra “Xan sarayı”nda olan tələbələrə məlumat verilib ki, XVIII əsrə aid tarixi-memarlıq abidəsi Şərq memarlıq üslubunda tikilib. Saray Naxçıvan xanı Rəhim xanın yaşayış evi olub.

Vurğulanıb ki, bina zirzəmidən və 8 üst otaqdan ibarətdir. Qədim Qala məhəlləsində, Mömünə xatun türbəsinin 50-60 m-liyində inşa edilib.

Vurğulanıb ki, bişmiş kərpicdən tikilmiş, pəncərələrdə şəbəkə üslubundan, otaqlarda qala qədim Naxçıvan yaşayış evlərinə xas taxça formalarından geniş istifadə olunub.

Xəbər lenti