Logo

Mingəçevir Dövlət Universiteti “Tələbə Mediası” layihəsində təmsil olunur

19.10.2021 12:46 300 baxış
IMG

Mingəçevir Dövlət Universiteti (MDU) Şərq Tərəfdaşlığı Layihəsi çərçivəsində İqtisadi və Sosial İnkişaf Mərkəzi, Beynəlxalq Media və Mədəni Mübadilə İnstitutunun təşkilatçılığı və Almaniya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Tələbə Mediası” layihəsində iştirak edir.

Layihə çərçivəsində 15-17 oktyabr 2021-ci il tarixində MDU-nun tələbələri üçün 3 günlük təlimlər keçirilib. Təlimlər tələbələri düşündürən mövzuların mediada daha yaxşı əks olunması, məqalə yazmaq, fotoreportaj hazırlamaq, video çəkmək, infoqrafik hazırlamaq və digər məsələləri əhatə edib.

Bildirilib ki, hazırda davam etməkdə olan layihədə 01-04 noyabr 2021-ci il tarixlərində Almaniya ali məktəblərində tələbə həyatı, tələbə qurumları, onların mediası ilə yaxından tanışlıq məqsədilə 4 günlük onlayn səfər və 22-26 noyabr 2021-ci il tarixlərində isə tələbələr üçün Bakıda 5 günlük tədbir nəzərdə tutulub. Tədbirdə sosial media menecmenti, redaksiya menecmentinin əsasları və s. kimi məsələlərlə tanışlıq olacaq, birlikdə onlayn tələbə mediası yaradılacaqdır.

Təlimlərdə iştirak ödənişsizdir, bütün səfər və qonaqlama xərci layihə büdcəsindən ödəniləcəkdir.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbə gənclərin hərtərəfli inkişafına şərait yaradan əlverişli təhsil mühitinin təmin edilməsi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müvafiq təlimlərin keçirilməsinə xüsusi önəm verilir.

Xəbər lenti