Logo

İctimai Şuraya üzvlük üçün müraciətlərin qəbulu davam edir

19.10.2021 12:31 48 baxış
IMG

Təhsil Nazirliyi yanında İctimai Şuraya üzv olmaq istəyən namizədlərin müraciətlərinin qəbulu prosesi davam edir.

Tehsil.biz xəbər verir ki, sənədlərin qəbulu müddəti 28 oktyabr 2021-ci il tarixində başa çatacaq.

Şuraya üzv olmaq istəyən namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim etməlidirlər. Sənədlər [email protected] poçt ünvanına göndərilməlidir.  

Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura 2019-cu ilin sentyabr ayında yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, görülən işlərdə aşkarlığın və şəffaflığın təmin edilməsi, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi olub. 

Ətraflı məlumatı aşağıda təqdim olunan elan vasitəsilə əldə edə bilərsiniz.

Xəbər lenti