Logo

"Məktəblərdə dini dərslərin tədris olunması yolverilməzdir" - Təhsil eksperti

19.10.2021 11:47 861 baxış
IMG

"Təhsil haqqında qanunvericilikdə dini dərslərin keçirilməsi nəzərdə tutulmur".

Bu sözləri "Tehsil.biz"ə açıqlamasında təhsil üzrə tanınmış mütəxəssis Elçin Əfəndi deyib.

O bildirib ki, yalnız həyat bilgisi fənnində müvafiq olaraq bütün dinlər haqqında informasiyalar verilə bilər:

"Məktəblərdə tədris olunması lazım olan əsas elmi, texniki, humanitar fənnlərin öyrənilməsi daha məqsədəuyğundur. Dini dərslər mədrəsə xarakterli yerlərdə tədris olunur. Bunun üçün isə ölkəmizdə yalnız İlahiyyat İnstitutu var və burada iki ixtisas üzrə qəbul aparılır ki, onlar da Dövlət İmtahan Mərkəzinin müəyyənləşdirdiyi qəbul qaydaları əsasında həyata keçirilir".

Ekspert dini təhsilin ayrıca tədris olunmasına ehtiyac olmadığını hesab edir:

"Ölkəmiz multikutral bir ölkədir, burada müxtəlif dinlər var və bunların içərisində də ayrı-seçklikik edib hansısa bir dini qabartmaq olmaz".

Fəqan Əzimli

Xəbər lenti