Logo

ADNSU-da üç qrup distant təhsilə keçib

19.10.2021 11:43 536 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində üç qrup distant təhsilə keçib.

Tehsil.biz xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq ictimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov bildirib.

Onun sözlərinə görə, hər qrupda bir nəfərdə koronavirusa yoluxma aşkarlandığı üçün həmin qruplar tədrisə onlayn formada davam edir:

“Həmin qrupların olduğu fakültə dekanlığı mütəmadi olaraq virusa yoluxan tələbələrlə əlaqə saxlayıb vəziyyətləri ilə maraqlanırlar. Həmin qruplarda başqa tələbələrdə virusa yoluxma aşkarlanmayıb”.

Xəbər lenti