Logo

Tünzalə Verdiyevanın məqaləsi impakt faktorlu jurnalda dərc olunub

19.10.2021 11:20 627 baxış
IMG

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tünzalə Verdiyevanın “Prospects for the application of active learning methods in modern education” adlı elmi məqaləsi Clarivate Analytics nüfuzlu elmi bazasına daxil olan “Revista on line de Política e Gestão Educacional” elmi jurnalında çap olunub.

Tehsil.biz xəbər verir ki, məqalədə müasir təhsildə aktiv təlim metodlarının tətbiqinin perspektivləri araşdırılır. Aparılan sorğu göstərir ki, müasir təhsildə aktiv təlim metodlarının tətbiqi perspektivləri müxtəlif amillərin təsiri ilə şərtlənir.

Alınan nəticələrə əsasən bu amilləri bir neçə qrupa bölmək olar: tədrisin hərtərəfli təşkili, adekvat ünsiyyət qurmaq, yeni təlim texnologiyalarının istifadəsi, şəxsiyyət yönümlü təhsilin təşkili və komanda işi. Sorğu göstərdi ki, müəllimlərin innovativ tədris metodlarından istifadə etmələri üçün real və potensial maneələr var, amma ciddi bir ziddiyət yoxdur. Müasir təhsildə aktiv təlim metodlarının tətbiqinin perspektivləri və gələcəyi və onların təhsildə tətbiqi ilə bağlı sıx maraq olduğuna şübhə yoxdur. Hər hansı bir tədris metodu seçərkən müəllimlərin bu metoddan istifadə qabiliyyəti və yerli şərait nəzərə alınmalıdır.

Məqaləyə keçid: https://periodicos.fclar.unesp.br/rpge/article/view/15587

Jurnala keçid: https://periodicos.fclar.unesp.br/rpge/issue/view/837

Xəbər lenti