Logo

UNEC-də tələbə-rektor və tələbə təşkilatlarına sədr seçkilərinə start verilir

19.10.2021 11:11 748 baxış
IMG

UNEC-də tələbə-rektor və tələbə təşkilatlarına sədr seçkiləri yeni qaydada təşkil olunacaq. Aşağıdakı tələbə strukturlarına seçkilər elan olunur.

• Tələbə-rektor
• Tələbə Elmi Cəmiyyəti
• Tələbə Gənclər Təşkilatı
• İqtisadçı Vətənpərvərlər Təşkilatı
• UNEC Könüllüləri Təşkilatı
• Rəqəmsal Könüllülər Təşkilatı
• UNEC Future Club
Qeyd olunan tələbə təşkilatlarına sədr seçkilərinə qatılmaq istəyən namizədlər üçün tələblər:
• ÜOMG 71-dən az olmamalı;
• Əyani şöbədə təhsil almalı;
• Konfrans / müsabiqə / ictimai tədbirlərdə iştirakını təsdiqləyən sertifikat / diplom / fəxri fərmanlarının olmalı;
• Xarici dil biliyi sertifikatının olması üstünlükdür.

Müəyyən olunmuş tələblərə cavab verən tələbələr 20-30 oktyabr tarixləri aralığında namizədlik üçün elektron qeydiyyatdan keçməlidirlər (https://forms.gle/7hpmTvtPC9R2qfNJ6). Qeydiyyatdan keçmiş namizədlər, bacarıqlarının qiymətləndirilməsi məqsədilə 1-3 noyabr tarixlərində ”Gənc İdarəçilər” imtahan-müsabiqəsində iştirak edəcəklər. İmtahandan uğurla keçən namizədlər üçün 4-14 noyabr tarixlərində təbliğat-təşviqat işlərinin təşkili, xüsusilə UNEC Radio, rəsmi sosial şəbəkələr və UNEC-in tədris binalarında yerləşən elan lövhələri açıq elan olunacaq.

Seçkilər 15 noyabr 2021-ci il tarixində saat 08:00-18:00-dək tələbələrin şəxsi kabinetlərində onlayn  səsvermə ilə təşkil olunacaq. Səsvermə prosesi UNEC-in rəsmi Youtube kanalında canlı yayımlanacaq.

Əlavə məlumat üçün: (012) 497 71 35

Xəbər lenti