Logo

245 nömrəli tam orta məktəb distant tədrisə keçib

19.10.2021 10:19 884 baxış
IMG

Paytaxtdakı 245 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Tehsil.biz xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb 

Belə ki, 245 nömrəli tam orta məktəbin 12 müəllimi və 5 şagirdinin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVİD-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 245 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Xəbər lenti