Logo

Tələbələr arasında keçirilmiş futbol çempionatının qalibləri müəyyən olundu

19.10.2021 09:49 341 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr edilən “UNEC THİK CUP 2021” tələbələrarası futbol çempionatının qalibləri müəyyən olunub.

UNEC-dən bildirilib ki, I yerə “UNEC uşaqları” komandası, II yerə “Elite” komandası, III yerə isə “Dominators” komandası layiq görülüb.

Qalib komandanın üzvlərinə kubok, diplom, pul mükafatı və medallar təqdim edilib.

Xəbər lenti