Logo

UNEC-in 90 illik yubileyinə töhfə: nəfis tərtibatda kitablar

26.09.2020 15:13 450 baxış

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi tamam olub.

UNEC-dən bildirilib ki, bu münasibətlə universitetin zəngin fəaliyyətinin əks olunduğu, ali təhsil müəssisəsinə ünvanlanan təbriklərin yer aldığı nəfis tərtibatda kitablar nəşr edilib.

Kitablar UNEC-in rektorunun əmri ilə təsdiqlənən “Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında” tədbirlər planı çərçivəsində “İqtisad Universiteti” nəşriyyatında çap olunub.

Xəbər lenti