Logo

BDU-da Füzuli rayonun işğaldan azad olunmasının ildönümünə həsr olunmuş tədbir keçirilib

19.10.2021 08:55 787 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Füzuli rayonun işğaldan azad olunmasının ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Filologiya fakültəsi TGT sədr müavini Elnurə Ağasəfzadə çıxış edərək 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən bəhs edərək, Fizuli rayonunun işğaldan azad olunmasında şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın şücaətindən danışıb. Elnurə Ağasəfzadə həmçinin, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Fizuli şəhərində həyata keçirilən quruculuq işləri, inşa olunan hava limanı və bir sıra infrastruktur layihələri haqqında məlumat verib.

Daha sonra çıxış edənlər: Filologiya fakültəsi birinci kurs tələbələri – Ülviyyə Orucova, Aydan Rüstəmzadə, Fatimə  Nağızadə, Fəridə Süleymanova 30 il ərzində erməni qəsbkarlarının Fizulidə törətdikləri vəhşiliklər, mədəni və dini abidələrə vurulan maddi və mənəvi ziyan barəsində tədbir iştirakçılarına məlumat verib, Fizuli rayonun qədim tarixi, coğrafi vəziyyəti və iqtisadi potensialı barədə danışıblar.

Xəbər lenti