Logo

Uşaqlarda koronavirusun əlamətləri

19.10.2021 08:48 51 baxış
IMG

Tanınmış həkim-pediatr Yevgeni Komarovski azyaşlılarda koronavirusun əlamətlərinin və simptomlarının necə təsbit olunacağını açıqlayıb.

Tehsil.biz xəbər verir ki, Komarovski uşaq orqanizminin virusla daha asan mübarizə apardığını vurğulayıb.

O bildirib ki, uşaqlarda koronavirusun başlıca əlamətləri ishal və qusmadır:

"Nəfəs alma tezliyinin pozulması, arxa nahiyədə qaşınma və digər şübhəli məqamlarda mütləq həkimə müraciət edilməlidir. Koronavirusla mübarizə yolları kimi selikli qişanı qorumaq, bol su içmək, ehtiyac olmadığı təqdirdə evdən çölə çıxmamaq məsləhətdir".

Uşaqların nadir hallarda koronavirusdan öldüyünü qeyd edən Komarovski əlavə edib ki, virus fonunda uşaqda əvvəldən kəskin patoloji xəstəliklər olarsa, bu hal mümkündür. /medicina.az

Xəbər lenti