Logo

“Taliban” uşaqların vaksinasiyasına icazə verdi

19.10.2021 08:41 488 baxış
IMG

Əfqanıstanda noyabrdan etibarən uşaqların poliomelitə qarşı vaksinasiyasına başlanılacaq.

Tehsil.biz “BBC”yə istinadən xəbər verir ki, peyvəndləmə işini BMT-nin UNİCEF uşaq fondu aparacaq.

“Bu qərar, poliomielitin aradan qaldırılması istiqamətində nəhəng bir addım atmağımıza imkan verəcək. Buna nail olmaq üçün Əfqanıstanda hər ailədəki uşaqlar peyvənd olunmalıdır”, - deyə UNİCEF-in Əfqanıstandakı nümayəndəsi Erve Lüdovik de lis bildirib. Fondun məlumatına görə, “Taliban” bu kampaniyanı tam dəstəklədiklərini deyiblər və həkimlərin təhlükəsizliyini, qadınların vaksinasiyada iştirakını təmin edəcəklərinə söz veriblər. Peyvəndləmə prosesi ev şəraitində aparılacaq və 5 yaşadək təxminən 10 milyon uşağı əhatə edəcək.

Xəbər lenti