Logo

Bakıda 700 bal toplamış gənclər ailə qurdu - Foto

18.10.2021 17:47 93 baxış
IMG

Müxtəlif illərdə ali məktəbə qəbul imtahanında 700 bal toplamış iki məzun - Ucal Ağammədov və Nərmin Məmmədlinin toy mərasimi keçirilib.

Bu barədə “Qafqazinfo”ya bəyin anası Sevda Ağammədova məlumat verib. Onun sözlərinə görə, toy oktyabrın 15-də Bakıda baş tutub. 

Ağammədova bildirib ki, övladı Ucal 2009-cu ildə qəbul imtahanından 700 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Nərmin isə 2013-cü ildə qəbul imtahanından 700 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə qəbul olunub.

Hər iki gənc bakalavr pilləsini bitirdikdən sonra xaricdə təhsil alıb. Ucal İspaniyada, Nərmin isə İsveçdə təhsillərini davam etdiriblər. Ucal, həmçinin 2009-cu ildə "Respublikanın fəxri gənci" seçilib.

 

Xəbər lenti