Logo

“Zəfər Salnaməsi şagird tədqiqatlarında” layihəsi öz fəaliyyətinə başlayıb

18.10.2021 17:26 815 baxış
IMG

Təhsildə İnkişaf və İnnovasiyaar üzfə 5-ci qrant müsabiqəsinin qalib layihələrindən olan “Zəfər Salnaməsi şagird tədqiqatlarında” layihəsi 15 sentyabr 2021-ci il tarixindən öz fəaliyyətinə başlayıb. 

Tehsil.biz xəbər verir ki, layihənin məqsədi Sumqayıt şagirdlərinin “44 günlük Vətən müharibəsi” və  öz məktəblərinin şəhid məzunlar ilə bağlı ətraflı  və məqsədyönlü tədqiqatlar aparması, Azərbaycan, rus və ingilis dillərində müxtəlif e-resurslar hazırlayaraq “Zəfər salnaməsi”nin öyrənilməsinə öz töhfələrini verməsidir. Layihənin vəzifələrinə aşağıdakılar daxildir.

• Sumqayıt şəhərinin ümumtəhsil məktəblərindən olan 50 nəfər 8-ci sinif şagirlərin müəyyən olunması

• Şagirdlərə “Vətən məndən başlayır”, 2-ci Qarabağ müharibəsi, tədqiqat bacarıqları, təqdimat bacarıqları, e-resursların hazırlanması kimi təlimlərin keçirilməsi

• Şagirdlərin “44 günlük Vətən müharibəsi” və  öz məktəblərinin şəhid məzunlar ilə bağlı ətraflı  və məqsədyönlü tədqiqatlar aparması

• Şagirdlərin Azərbaycan, rus və ingilis dillərində müxtəlif e-resurslar hazırlayaraq təqdimatlar etməsi

• Layihənin KİV-də işıqlandırılması

• Mütəmadi olaraq layihənin müxtəlif hesabatlarının təhvil verilməsidir.

"Zəfər Salnaməsi şagird tədqiqatlarında” layihəsinin təqdimatı ilə bağlı tədbir 25 sentyabr tarixində  Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəbdə keçirilib. Görüşdə məktəb rəhbərliyi, müəllimlər Sumqayıt şəhər İcra Hakimiyyəti və YAP Sumqayıt şəhər təşkilatından nümayəndələr, eləcə də digər qonaqlar iştirak edib.Layihə rəhbəri , 31 nömrəli tam orta məktəbin tarix müəllimi Raqif Şirinov tədbir iştirakçılarına layihə haqqında ətraflı məlumat verib. Həmçinin layihənin məqsəd və vəzifələri, qarşıda görüləcək işlər barədə çıxış edən R.Şirinov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən Müharibənin şagirdlərin vətənpərvərlik ruhunda yetişməsi üçün vacib rolundan bəhs edib. Tədbir iştirakçıları layihə barədə öz fikirlərini bildiriblər. Həmçinin onlar 2021/2022-ci dərs ilində "Zəfər tarixi" kursunun tədris olunmasının məktəblilərin milli vətənpərvərlik tərbiyəsində önəmli rolunu qeyd ediblər.Sonda layihə barədə qonaqları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, "Zəfər Salnaməsi şagird tədqiqatlarında” adlı layihə Təhsildə İnkişaf və İnnovasiyalar V Qrant Müsabiqəsində "Fərdi Kateqoriya" üzrə qalib gəlib.

Xəbər lenti