Logo

Azərbaycan Universitetində Müstəqilliyin Bərpası Günü qeyd olunub

18.10.2021 17:14 340 baxış
IMG

Azərbaycan Universitetində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir pandemiya ənənələrinə uyğun olaraq onlayn formatda təşkil olunub.

İctimai elmlər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə qeyd olunub ki, 30 il bundan əvvəl - 1991-ci il oktyabrın 18-də xalqımız Ali Sovetin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etməsiylə dövlətçilik ənənələrini dirçəldərək müstəqilliyini bərpa edib.  Konstitusiya Aktında Azərbaycanın, 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanlıb. Bildirilib ki, XX əsrdə iki dəfə müstəqilliyini elan edən xalqımız onu əldə etmək qədər qoruyub saxlamaq üçün də çətin sınaqlara məruz qalıb. Azərbaycan əsl müstəqilliyə 30 il davam edən gərgin mübarizə və bir il bundan əvvəl düşmən üzərində qazanılmış Böyük Zəfərdən sonra nail olub. Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub.

Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyəti, Sovet işğalı və Azərbaycanın müasir dövrünə ekskurs edilib, müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi təhlükələrə nəzər salınıb. Müstəqilliyin itirilməsi təhlükəsinin qarşısının alınmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri, 2003-cü ildən başlayaraq cənab prezident İlham Əliyevin rəhbərliyində ölkəmizin əldə etdiyi uğurlar haqqında məlumat verilib. Qeyd olunub ki, Böyük Zəfər regionda və dünyada yeni reallıqlar yaradıb.

Tədbirdə diqqətə çatdırılıb ki, Milli Məclisin ikinci oxunuşda qəbul etdiyi qanun layihəsinə əsasən, mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

Xəbər lenti