Logo

“McDonald’s Azərbaycan” UNEC tələbələr üçün təqaüd müsabiqəsi elan edir

18.10.2021 16:54 544 baxış
IMG

UNEC ilə “McDonald’s Azərbaycan” QSC arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində UNEC tələbə və magistrantlarının təhsil haqlarının müsabiqə yolu ilə “McDonald’s Azərbaycan” QSC tərəfindən maliyyələşdirilməsi üzrə təqaüd müsabiqəsi elan edilir.

Tehsil.biz xəbər verir ki, təqaüd proqramı əlilliyi olan və ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan təhsilalanlar üçün nəzərdə tutulur. Ödənişli əsaslarla bakalavriat və magistratura səviyyəsi üzrə normativ təhsil müddətində təhsil alan və akademik borcu olmayan Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər bu barədə müraciətlərini və əlillik haqqında arayışlarını noyabr ayının 3-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Xəbər lenti