Logo

Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbirlər keçirib

18.10.2021 16:02 306 baxış
IMG

İmişli rayonunun ümumi təhsil məktəblərində 18 oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbirlər keçirib.

Tehsil.biz xəbər verir ki, tədbirlərdə şagirdlərə Müstəqilliyin Bərpası Gününün tarixi və əhəmiyyəti haqqında geniş məlumat verilib. 

Çıxış edənlər bildiriblər ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat - qat çətindir. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb. İkinci tarixi imkan bir də 70 il sonra yaranıb. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verib.

Xəbər lenti