Logo

Qərbi Kaspi Universitetinin 3 tələbəsi koronavirusa yoluxdu, sinif distant təhsilə keçdi

18.10.2021 12:16 371 baxış
IMG

Qərbi Kaspi Universitetində koronavirusa yoluxma halı baş verib.

Bu barədə "Tehsil.biz"ə həmin universitetin tələbələri bildiriblər.

Məlumata görə, universitetdə koronavirusa yoluxma halları qeydə alınması səbəbilə iki sinif bağlanaraq distant təhsilə keçib.

Məsələ ilə bağlı Qərbi Kaspi Universitetindən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, təhsil müəssisəsinin 3 tələbəsində COVİD19 analizlərinin pozitiv çıxmasına görə həmin qruplar distant təhsilə keçməyə məcbur olub.

Xatırladaq ki, bundan öncə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində də koronavirusa yoluxma qeydə alındığından bir neçə sinif karantinə bağlanmışdır.

Xəbər lenti