Logo

BANM tələbələri NASA-nın müsabiqəsinə qatılacaq

18.10.2021 11:43 522 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri bu il ilk dəfə olaraq Azərbaycanı  NASA-nın (ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi) 2022-ci ildə keçirəcəyi "Human Exploration Rover Challenge" müsabiqəsində təmsil edəcək. 

Tehsil.biz xəbər verir ki, bu, BANM-in tarixində bir ilkdir. Dünyanın müxtəlif orta və ali məktəblərindən olan 91 komandanın qatıldığı beynəlxalq müsabiqədə Azərbaycanı yeganə olaraq Bakı Ali Neft Məktəbi təmsil edir.

Ali Məktəbin komandasına məsləhətçi Aygül Musayeva və kapitan Nihad Həbizadə olmaqla, Hüseyn Abızadə, Şəmistan Lətifov, Cavid İsayev, Anar Alızadə, Aytən Sədirova, Şəms Gözəlova və Turan Səfərova daxildir. 
 
“NASA Human Exploration Rover Challenge” hər il orta məktəb şagirdləri və universitet tələbələri üçün simulyasiya edilmiş Ay və Mars ərazisi üzərində insan gücü ilə işləyən, qatlana bilən nəqliyyat vasitələrinin dizaynı, qurulması və yarışının cəmləndiyi bir müsabiqədir. Beynəlxalq müsabiqə  tələbələrin mühəndislik və STEM layihələrinin təşkili bacarıqlarının sınanmasını əhatə edir. Hər il dünyanın müxtəlif ölkələrindən olan orta və ali məktəb komandaları bu müsabiqədə rəqabət aparır.

Xəbər lenti