Logo

UNEC məzunları logistika sahəsində təcrübə proqramına qoşulub

18.10.2021 11:29 364 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 16 məzunu “166 Logistik Akademiyası”nın təcrübə proqramında iştirak etmək hüququ qazanıb.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, iştirakçılar bakalavr və magistr dərəcəsi üzrə məzunlar arasından seçilib. Təcrübəçilər üç ay müddətində şirkətin əsas departamentlərində müxtəlif sahələr üzrə praktiki və nəzəri biliklərə yiyələnəcəklər. Təcrübə müddətində öz peşə bacarıqlarını uğurla nümayiş etdirən namizədlər “166 Yükdaşıma və Logistika” şirkətinin müvafiq departamentlərində əmək funksiyalarının icrasını davam etdirəcəklər.

2019-cu ildən etibarən keçirilən “166 Logistika Akademiyası” təcrübə proqramına ümumilikdə 4200-dən artıq müraciət qeydə alınıb və bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 153 nəfər təcrübə proqramına qəbul olunub.

Xəbər lenti