Logo

76 nömrəli məktəbdə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş sinif saatları keçirilir

18.10.2021 10:37 334 baxış
IMG

Bakı şəhərində yerləşən 76 nömrəli məktəbdə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş sinif saatları keçirilir.

Tehsil.biz xəbər verir ki, dərslərdə şagirdlər tərəfindən torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının ruhu yad edilir. Vətənpərvərlik mövzusunda keçirilən dərslərdə şagirdlər  Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın azad olunması barədə fikirlərini bildirirlər.

Məktəblilər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üçrəngli bayrağımızın doğma Qarabağın hər bir guşəsində dalğalanmasından qürur duyduqlarını bildirir, "Qarabağ bizimdir, bizim olacaq!", "Şəhidlər ölməz, vətən bölünməz!", "Biz birlikdə güclüyük!", "Azərbaycanın güclü ordusu var!" "Qarabağ Azərbaycandır!" və digər bu kimi fikirləri ifadə edirlər.

Qeyd edək ki, dərslərdə əsas məqsədi uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işlərin davamlı təşkilinə nail olmaq, döyüşlərdə şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etməkdən ibarətdir.

Xəbər lenti