Logo

"E-Teachers" ingilis dili müəllimlərinin müasir tədris alətlərindən istifadə bacarıqlarının artırılması layihəsinin açılış mərasimi olub

18.10.2021 10:17 85 baxış
IMG

Biləsuvar rayonunda  "E-Teachers" ingilis dili müəllimlərinin müasir tədris alətlərindən istifadə bacarıqlarının artırılması layihəsinin açılış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, Biləsuvar rayon Gənclər Evində keçirililən açılış mərasimində layihə rəhbəri Azər Əliyev, ekspert Rüfət Əsədzadə, rayon təhsil şöbəsinin əməkdaşı Nərmin Məmmədli, ümumtəhsil məktəblərinin ingilis dili müəllimləri iştirak edib.

Çıxış edən layihə rəhbəri Azər Əliyev bildirib ki, layihənin  əsas məqsədi ingilis dili müəllimlərinin müasir avadanlıqlardan istifadə bacarıqlarının artırılmasıdır.

Layihədə 30 müəllimin iştirakı nəzərdə tutulur və 12 modul üzrə təlimlər keçiriləcək. Təlimləri Bakı Oksford məktəbinin və xarici ölkələrin təcrübəli müəllimləri keçəcək.

Bildirək ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası layihənin icra olunmasında əməkdaşlıq edəcəkdir.

Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub.

Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək.

Xəbər lenti