Logo

Macarıstanın təhsil nümayəndələri ADNSU-da olub

18.10.2021 09:51 316 baxış
IMG

Oktyabrın 15-də Macarıstanın Pecs və Miskolç universitetlərinin nümayəndə heyəti “Erasmus+” mübadilə proqramı çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar.

Tehsil.biz xəbər verir ki, ADNSU-nun Beynəlxalq Əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə keçirilən görüşdə Beynəlxalq Əlaqələr üzrə prorektor müavini Ülviyyə Abbasova qonaqları universitetdə salamlayaraq, beynəlxalq əməkdaşlıq əlaqələrindən danışıb.

 Görüşdə mövcud və gələcək əməkdaşlıq üzrə danışıqlar aparılıb, həmçinin birgə layihələrin işlənib -hazırlanması və mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Macarıstanın Azərbaycandakı səfirliyinin Təhsil və Mədəniyyət üzrə müşaviri Mihay Qruber çıxış edərək, Macarıstan universitetləri ilə birgə əməkdaşlıq üçün bir çox inkişaf perspektivlərinin olduğunu  bildirib.

Miskolç Universitetinin Beynəlxalq Əlaqələr üzrə direktoru Kristina Sandor və Pecs Universitetinin Beynəlxalq əməkdaşlıq üzrə koordinatoru Qabor Czeh universitetlər arası əməkdaşlığın əhəmiyyətindən danışıb, müəllim-tələbə mübadiləsi, həmçinin ikili diplom proqramları sahəsində əməkdaşlıqda maraqlı olduqlarını qeyd ediblər.

Xəbər lenti