Logo

İtaliyanın Tuşiya Universitetində Erasmus+ mübadilə proqramı çərçivəsində təhsil almaq üçün müraciətlər başlayıb

18.10.2021 08:59 84 baxış
IMG

Erasmus+ mübadilə proqramı, Erasmus+ tərəfdaş qurumları arasında tələbə, akademik və inzibati heyət mübadiləsini təmin edir.

Tehsil.biz xəbər verir ki, Erasmus+ proqramı ilə xarici ölkələrdə təhsil almaqla, tələbələr ünsiyyət və dil bacarıqlarını inkişaf etdirə və gələcək məşğulluqları üçün vacib olan bir sıra bacarıqlara yiyələnə bilərlər.

Erasmus+ çərçivəsində təhsili davam etdirmək üçün ali təhsil müəssisəsində ixtisas üzrə uyğunluq gözlənilməklə qeydiyyatdan keçilməlidir. Proqrama Azərbaycan Dövlət Aqrar Universitetinin hazırda bakalavr dərəcəsi üzrə təhsil alan tələbələr müraciət edə bilərlər. Seçilən təhsil sahəsi tələbənin öz universitetində keçdiyi ixtisas və tədris proqramı ilə əlaqəli olmalı, şəxsi inkişafa yönəlməlidir.

Müraciət üçün şərtlər:
Bakalavr 2 və ya 3-cü kurs tələbəsi olmalı
Ən az B1 səviyyəsində ingilis dili biliyi olmalı

Tələb olunan sənədlər*:
1. CV (Europass formatında)
2. Motivasiya məktubu
3. Dil sertifikatı (əgər varsa)

Prioritet ixtisaslar:
 Aqronomluq
 Baytarlıq

Maliyyə dəstəyi:
Erasmus+ mübadilə proqramı tərəfindən tələbələrin yol xərcləri qarşılanır və təqaüd ilə təmin olunur (yaşayış xərcləri təqaüddən ödənilir). Erasmus+ mübadilə tələbələri təhsil aldıqları müddət ərzində təhsil haqqı, qeydiyyat, imtahan, eləcə də laboratoriyalardan və kitabxanadan istifadə etmək xərclərindən azad olur.

*Qeyd: tələb olunan sənədlər ingilis dilində qəbul edilir.

Son müraciət tarixi: 10 Noyabr, 2021

Suallar olduğu halda [email protected][email protected] mail vasitəsi ilə əlaqə saxlanıla bilər

Xəbər lenti