Logo

“18 Oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günüdür” adlı tədbir keçirilib

18.10.2021 08:50 776 baxış
IMG

15 oktyabr 2021-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında pandemiya qaydalarına riayət edilməklə 18 Oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə filialın kollektivi nümayəndələri, görkəmli Azərbaycan şairi Ramiz Qusarçaylı, filialın tələbələri iştirak edib. Filialın direktoru dosent Yusif Alıyev tədbirə onlayn formatda qoşulub. 

Tədbiri filialın direktor müavini Aysel Şeydayeva açıq elan edib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.Tədbir filialın “Azərbaycan dili və ədəbiyyat müəllimliyi“ ixtisasının II tədris ili tələbəsi Nərmin Orucovanın moderatorluğu ilə davam edib.Tədbirdə filialın direktor müavini Aysel Şeydayeva giriş nitqi ilə hər kəsi salamlayıb, təbrik edib.

Daha sonra ADPU-nun Quba filialının  Pedaqoji və ictimai fənlər kafedrasının müəllimi Novruz Kərimov  “Azərbaycan müstəqilliyinin 30-cu ildönümü ərəfəsində” adlı məruzə ilə çıxış edib, 18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar ətraflı məlumat verib.

Ardınca filialın “İbtidai sinif müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Səma Asəfova Ramiz Qusarçaylının “Azərbaycan Bayrağı” şeirini səsləndirib, daha sonra tədbirdə  görkəmli Azərbaycan şairi,“Azərbaycan bayrağı” şeiri ilə tarix yazmış Ramiz Qusarçaylı “Vətən and yerimizdir” adlı”təbrik nitqi ilə çıxış edib, həmçinin min illik Azərbaycan tarixinin nəzmə çəkilmə nümunəsi olan “Vətən” epik poemasından nümunələr səsləndirib, Azərbaycan müstəqilliyinin bugünkü qürurunu dilə gətirib:
Qisasa susayan hər igid əsgər,
Bir cəsur coşquda,
həvəsdə gəldi.
Bir vaxt qucaqlarda çıxan körpələr
İndi Qarabağa tank üstdə gəldi…
 
44 günlük Zəfər mənzərələri,
Qalibiyyət, hünər mənzərələri,
Bu film deyildi,
bu Qarabağda
Vətən qovğasıydı,
Vətən qalıydı,
Şanlı müharibə ssenarisi,-
Möhtəşəm Qələbə serialıydı!
Daha sonra tədbirdə “Tarixi qələbəmiz-zəfərin başlanğıcı əbədi müstqəilliyimizin qarantı oldu”adlı mövzu ilə filialın Debat klubunun sədri Elvin Şükürov çıxış edib.

Tədbirdə həmçinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının II tədris ili tələbələri Nurtac Eldarova, Cəvahir Qocayeva da “Vətən müstqəilliyin mübarək!” adlı təbrik nitqi ilə çıxış ediblər.Tədbirin sonunda Çinarə Məlikzadə “Azərbaycan!”musiqisi səsləndirilib.

Xəbər lenti