Tələbələr 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədləri ilə tanış olublar.
Sərgilənən qənimətlər arasında zirehli texnikalar, artilleriya silahları, HHM silahları və digər hərbi texnikalar yer alıb.