Logo

Azərbaycanda universitet prorektoru vəfat etdi

16.10.2021 12:06 507 baxış
IMG

Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru  Fəxrəddin Həsən oğlu Məmmədov vəfat edib.

Tehsil.biz xəbər verir ki, Fəxrəddin Məmmədov 1950 – ci  ildə Ermənistanın Mehri rayonunun Aldərə kəndində anadan olmuşdur.

Bakı  Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirmiş  və  müxtəlif  vəzifələrdə çalışmışdır. O, Milli  Elmlər  Akademiyasının Mexanika – Riyaziyyat İnstitutunda, Azərbaycan Dövlət Aqrar Universitetində kiçik  elmi  işçi, assistent,  dosent  vəzifələrində işləmiş, texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdur. Sonralar Gəncə Dövlət Universitetində dosent, riyaziyyat  - informatika fakültəsində dekan müavini, fakültə dekanı və 2014-cü ildən Universitetin birinci prorektoru vəzifələrində çalışmışdır.

Universitetin 80 illik Yubileyində Dövlət Başçısının Sərəncamı ilə “Azərbaycan  Respublikasının  Əməkdar Müəllimi” Fəxri adına layiq görülmüşdür. 

Allah rəhmət eləsin!

Xəbər lenti