Logo

Məktəbəqədər müəssisələrdə çalışan pedaqoji işçilərin 34,6 faizi ali təhsillidir

16.10.2021 11:15 731 baxış
IMG

Azərbaycanda fəaliyyət göstərən 1825 dövlət və qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 2021-ci ilin əvvəlinə uşaqların sayı 126 min 509 nəfər olub. 2001-ci ildə isə 1790 məktəbəqədər təhsil müəssisəsinə 111 min 20 uşaq cəlb olunub. Bu da məktəbəqədər təhsil müəssisələrinə cəlb olunan uşaqların sayının artdığını göstərir.

Tehsil.biz xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2021” adlı məcmuəsində əks olunub.

Nəşrdə bildirilir ki, həmin təhsil müəssisələrində 17 min 218 pedaqoji işçi çalışır. Onların 34,6 faizi ali təhsillidir. 2006-cı ildə isə bu rəqəm 23,1 faiz təşkil edib.

Xəbər lenti