Logo

Serbiyada türk dili tədris olunacaq

16.10.2021 10:25 393 baxış
IMG

Yunus Əmrə İnstitutu (YEE) ilə Serbiyanın ən qədim təhsil ocaqlarından biri olan Belqrad Filologiya Liseyi arasında türk dilinin seçmə fənn kimi təhsil proqramına daxil edilməsinə dair əməkdaşlıq protokolu imzalanıb.

Tehsil.biz xəbər verir ki, əməkdaşlıq protokolu çərçivəsində türk dili, mədəniyyəti, eləcə də müxtəlif sənət növləri üzrə konfranslar, seminarlar, tərcümə mərkəzləri və sərgilər kimi mədəni tədbirlər təşkil ediləcək.

Dil kurslarının təşkilində məqsəd türk mədəniyyətini, həmçinin fərqli mədəniyyətləri tanıtmaqdır.

Türk dili liseydə 15-ci xarici dil kimi tədris olunacaq və dərslər gələn həftədən başlayacaq.

AZƏRTAC

Xəbər lenti