Logo

Daha bir universitetdə koronavirus aşkarlandı, qrup distant təhsilə keçdi

15.10.2021 20:18 1254 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrupunda koronavirus aşkarlanıb.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd olunub ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir qrupunda COVID-19 aşkarlandığı üçün qrup 14 gün müddətində distant təhsilə keçib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Pedaqoji Universiteti (ADPU) və Azərbaycan Dillər Universitetində (ADU) yoluxma halları baş verdiyindən iki qrup distant təhsilə qayıdıb.

Xəbər lenti