Logo

Naxçıvan Dövlət Universiteti tələbələri intellektual oyunda öz biliklərini sınayıblar

15.10.2021 20:06 463 baxış
IMG

Naxçıvan Dövlət Universiteti “İqtisadiyyat və idarəetmə” fakültəsində TGT-nın  təşkilatçılığı ilə tələbələr arasında intellektual bilik yarışması keçirilib.

Yarışda giriş sözüylə çıxış edən universitetin “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı, Əşrəf Ələkbərov, universitet TGT sədri Əziz Qasımov tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində təşkil edilən bilik oyununu qiymətləndirərək komandaların hər birinə uğurlar arzulayıblar. 

Doqquz komandanın iştirak etdiyi intellektual oyunun sonunda “Qasırğa” komandası qalib olub.

“Dəmir yumruq” II,  “Harop” isə III yeri qazanıb. 

Qeyd edək ki, yarışmada verilən suallar Qarabağın tarixi, mədəniyyəti, incəsənətinə dair olub.

Sonda qaliblər diplomla təltif olunublar.

Xəbər lenti