Logo

AzTU-nun məzunu, Aprel şəhidi Əbdülməcid Axundovun doğum günüdür

15.10.2021 19:52 621 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksələn Əbdülməcid Axundov 1993-cü il oktyabrın 15-də anadan olub.

2010-cu ildə orta məktəbi bitirən Əbdülməcid  Axundov elə həmin il  AzTU-ya qəbul olunub. 

Əbdülməcid Axundov 2016-cı il aprelin 2-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Xəbər lenti