Logo

Tarixdə bu gün 26 NOYABR

26.11.2020 07:41 487 baxış
IMG

Əhəmiyyətli hadisələr

  • 1812 — Napoleon qoşunu məğlub olaraq Rusiyadan geri çəkilməyə başlamışdır.
  • 1922 — Arxeoloq Hovart Karter Misir fironu Tutanxamonun sarkofaqını açmışdır.
  • 1924 — Dağlıq Qarabağ Muxtar Vilayətinin(DQMV) Əsasnaməsi dərc edilmişdir.
  • 1942 — Sovet ordusu Stalinqradda əks hücuma başlamışdır.
  • 1950 — Türkiyə Koreyada müharibəyə qoşulmuşdur.
  • 1969 — Səudiyyə Ərəbistanı ilə Yəmənarasında silahlı münaqişə başlamışdır.
  • 1978 — İranda mollalar əhalini Pəhləvi rejiminə qarşı kütləvi tətilə çağırıb və ölkə iflic vəziyyətinə gəlmişdir.
  • 1991 — Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti milli ərazi qurumu kimi ləğv edilmişdir.
  • 1991 — Paritet əsasında Azərbaycan Respublikası Ali Sovetində 25 nəfər “demblok”, 25 nəfər “komblok” deputatlarından ibarət Milli Şura yaradılmışdır.
  • 1991 — Post-sovet məkanında ilk müstəqil televiziya - ANS TV yayıma başlamışdır.
  • 1993 — Almaniya PKK-nı terror təşkilatı kimi tanımışdır.
  • 1996 — Azərbaycan Respublikası ilə Maliarasında diplomatik əlaqələr qurulmuşdur.
  • 2002 — İşgəncələrin qarşının alınması üzrə Avropa Komitəsi (CPT) Azərbaycana ilk dövri səfərinə başlamışdır.
  • 2003 — Səsdənsürətli “Concorde” təyyarəsi son dəfə Bristoldan Vaşinqtona uçmuşdur.
  • 2005 — Hind milyoneri Vijaypat Singhania 21 291 metr yüksəyə qalxaraq aerostatla dünya rekordunu təzələmişdir.
  • 2006 — İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim etmişdir.
  • 2008 — Bombeydə terror hücumlar nəticəsində 173 nəfər həlak olub, 300-dən çox insan yaralanmışdır.

 

Doğumlar

  • 1193 — Səlahəddin, Misir hökmdarı.
  • 1607 — Con Harvard, Harvard Universitetininbanisi.
  • 1847 — Ferdinand dö Sossür, İsveçrəli dilçi.
  • 1927 — Həsən Mirzə, filologiya elmləri doktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor, Azərbaycan Aşıqlar Birliyinin üzvü.
  • 1928 — Müxlis Cənizadə, Azərbaycanın teatr, kino və dublyaj aktyoru, bədii qiraətçi, Azərbaycan SSR əməkdar artisti (1960).
  • 1937 — Boris Yeqorov, Sovet kosmonavtı.
  • 1939 — Tina Törner, Amerikalı müğənni.

 

Ölümlər

  • 2016 — Fidel Kastro, Kuba inqilabçısı

Xəbər lenti