Logo

Elan: “44 günlük Zəfər salnaməsi” mövzusunda esse müsabiqəsi

15.10.2021 11:17 406 baxış
IMG

Bakı Dövlət Universiteti tələbələr arasında 8 Noyabr -  Zəfər Günü münasibətilə “44 günlük Zəfər salnaməsi” mövzusunda ESSE MÜSABİQƏSİ elan edir.

Müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4, Arial qarnituru, şriftin ölçüsü 12 pt və interval 1,5) olmalıdır.

Esselər, müəllifin tələbə biletinin fotosurəti ilə birlikdə 2021-ci il noyabr ayının 3-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.

Müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilərlər.

Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək və qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəkdir:

  • Birinci yer - 250 manat
  • İkinci yer - 200 manat
  • Üçüncü yer - 150 manat

Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial medi hesabları və “Bakı Universiteti” qəzetində dərc olunacaqdır.

Əlavə məlumat üçün: (+994 50) 966 06 07

e-mail: [email protected]

Xəbər lenti