Logo

Azərbaycanda 552 məktəb direktoru vəzifəsi boşdur

26.09.2020 11:52 507 baxış

Cari il üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 552 vakant yer çıxarılacaq.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Direktorların işə qəbulu üzrə müsabiqəyə sentyabrın 28-dən start veriləcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər oktyabrın 2-si saat 23:59-dək elektron qeydiyyat zamanı müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

 

Xəbər lenti