Bakı Ali Neft Məktəbinin (BANM) Neftçi Mühəndislər Cəmiyyətinin təşkilatçılığı və Bakı Ali Neft Məktəbinin dəstəyi ilə beş sessiyadan ibarət “SPE Geology School” layihəsi həyata keçirilib.
Layihənin ilk sessiyası onlayn formatda təşkil edilib. Sessiyanın məruzəçisi BP-də geoloq vəzifəsində çalışan Zöhrə Hacızadə olub.
Digər sessiyalar zamanı Azərbaycan Geologiya muzeyi, Qirməki dərəsi, Daşgil palçıq vulkanları, Azlab Kəşfiyyat və Tədqiqat mərkəzinə ekskursiya və gəzinti təşkil edilib. Neftçi Mühəndislər Cəmiyyəti komandasının tur rəhbərliyi ilə təşkil edilən sessiyalarda Geologiya rəhbəri Səbinə Camalova, BP-də geoloq vəzifəsində çalışan Vüqar İsmayılov, geoloqlar Rüfət Əliyev, Camal Novruzov, Tural Kazımlı, BANM-in müəllimi, professor Rauf Nadirov və mühəndis Leyla Şıxova təlimçi kimi çıxış ediblər.