Logo

Füzuli əməliyyatı- Qarabağa gedən yolun başlanğıcı

14.10.2021 13:21 760 baxış
IMG

Mənfur qonşularımız olan Ermənistantərəfindən 1988-ci ildən başladılmış işğalçı siyasət nəticəsidə Azərbaycanın dilbər guşəsi olan doğma Qarabağımız və digər ətraf rayonlar işğal olundu. Həmin bölgələrdən biri də 23 avqust 1993-cü ildəböyük bir hissəsinin işğal olunaraq yağı düşmən tapdağı altında qalan Füzuli rayonu olmuşdur. 

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin sonlarında verdiyi xüsusi göstərişinə əsasən, Azərbaycanda könüllü ordu briqadalarının güclənməsi və 05 yanvar 1994-cü ildə başlanmış uğurlu əməliyyat nəticəsində Füzuli şəhərinin 22 yaşayış məntəqəsi işğaldan azad olunaraq Milli Ordumuzun nəzarətinə keçmişdir ki, hazırda həmin işğaldan azad olunmuş ərazilərdə rayon əhalisinin təxminən 50 faizi yaşayır. Həmin illərdə erməni silahlı qüvvələri ilə mübarizədə Füzuli rayonu 657 şəhid vermiş, 400 nəfərədək şəxs müharibə əlili olmuş, 181 nəfər isə itkin düşmüşdür. 
İşğaldan əvvəlFüzuli rayonunda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqəsi mövcud olmuşdur. Zəngin infrastrukturla və tarixi abidələrlə zəngin olan Füzuli rayonu ərazisində 12-ci əsrə aid səkkizgüşəli Şeyx Babi Yaqub türbəsi, 14-cü əsrə aid Mirəli türbəsi, Əhmədalı kəndində orta əsr qəbirstanlığına aid sənduqə şəkilli qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. 
30 ilədək işğal altında qalan Qarabağımızı və sərhədyanı ərazilərimizi düşmən tapdağından insan tələfatı olmadan azad etmək üçün Ümummilli Lider Heydər Əliyev və onun uğurlu davamçısı İlham Əliyev müxtəlif formatlarda görüşlərə qatılaraq bu münaqişənin həlli üçün çox böyük səy göstərmişlər. Lakin düşmən sanki əbədi özününküdür kimi hərəkət edərək, həm beynəlxaq səviyyədə, həm münaqişənin həlli yolunda yaradılmış təşkilatlar səviyyəsində, həm də dövlət başçıları səviyyəsində təşkil olunmuş görüşlərdə sülh yolu ilə torpaqlarımızın azad olunmasına hər vasitə ilə mane olaraq işğalı əbədiləşdirmək istəyirdilər. Ulu Öndər davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hakimiyyətə gəldiyi gündənəzəli və əbəditorpaqlarımızı sülh danışıqları ilə geri ala bilməyəcəyi halda hərb yolunun qaçılmaz olduğunu dəfələrlə vurğulamışdir. 
Qarabağı azad etməyi özünə “Ata nəsihəti” hesab edənAli Baş Komandanın çox doğru hərbi stragediyası, əsl sərkədəlik qabiliyyəti və möhkəm dayanaqlı iradəsi sayəsində mümkünsüzü mümkün edən ŞanlıAzərbaycan Ordusu düşmən təxribatlarına cavab olaraq 27 sentyabr 2020-ci ildəVətən müharibəsinin başlanmasından cəmi 21 gün sonra 17 oktyabr 2020-ci il tarixində Füzuli şəhərini işğaldan azad edərək orada Azərbaycan bayrağını dalğalandırdı. Şanlı Ordumuzun Qarabağın və ətraf rayonlarımızın azad edilməsi uğrunda apardığı haqq- ədalət savaşında itkilər, şəhidlər vermişdir. Döyüşlər zamanı Füzuli rayonundan da 80 nəfərədək şəhid olmuş, 300-dək sakin yaralanmışdır. 
Füzuli şəhəri də daxil olmaqla 62 yaşayış məntəqəsininişğaldan azad olunması Qarabağ müharibəsində cənub-şərq cəhbəsiistiqamətində ən uğurlu əməliyyatlardan biri olmuşdur ki, bunun sayəsində Cəbrayıl və Xocavəd rayonunun bir sıra yaşayış məntəqələri də Azərbaycan Ordusu tərəfindən azad edilmişdir. Beləliklə, bəzilərininFüzulinin işğaldan azad olunması üçün “aylarla vaxt lazım olacaq” mifini Şanlı Ordumuz və onun Müzəffər Ali Baş Komandanı qısa müddətdə reallığa çevirdi. İşgaldan azad olunmuş ərazilərə on minlərlə insanin qaytarılması təmin olundu və bununla yanaşı on minlərlə qaçqın və köçkün ruhu şad oldu. 
Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana mühüm strateji üstünlüklər verdi. Bu əməliyyatlarda uğursuzluğa düçar olmuş düşmən yenədə özünün çirkin cinayətlərindən qalmır, dinc əhaliyə qarşı terror hadisələri törətməklə hətta azyaşlı uşaqları belə bu hadisələrin qurbanına çevirməkdən çəkinmirdilər. Bütün bunlara baxmayaraq, Ali Baş Komandanın tapşırığına əsasən Azərbaycan Ordusu düşmən tərəfdən mülki əhaliyə qarşı heç bir adekvat tədbir görmür, öz gücünü döyüş meydanınında göstərərək həlak olan insanların qanını yerdə qoymurdu. Öz peşəkarlığı ilə erməni ordusunu qorxuya salmış Şanlı Azərbaycan Ordusunun şücaəti qarşısındadüşmən çox böyük sayda silah və sürsatlarını qoyaraq döyüş meydanından qaçırdılar. 
Döyüşlərdə qazandığımız qələbənin səbəbi Azərbaycan xalqının çox möhkəm iradəsi, vətənpərvərlik və rəhbərinə inamı olmuşdur. Düşmən dəfələrlə bunu görüb etiraf etmişdir. Artıq bütün dünya Azərbaycan xalqının öz torpaqları uğrunda göstərdiyi əsl qəhramanlıq nümunəsinin şahidinə çevrilmişdir. Şanlı Qələbəni görən və bu sevinci yaşayan xalq əlbəttə ki, cox xoşbəxt bir xalqdır. 
Füzuli uğrunda gedən döyüşlərdə iştirak edənlərin vətənpərvərliyinin və şücaətinin dövlət tərəfindən qiymətləndirilməsi ilə əlaqədar olaraq 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahli Qüvvələrinin 25167 nəfər qulluqçusu bu medalla təltif olunmuşdur. 
Dövlət başçımız müharibədən sonra işğaldan azad edilmiş ərazilərə tez-tez səfərlər edir. 2020-ci il noyabr ayının 16-da Ali Baş Komandan və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Füzuliyə gələrək Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdılar. Bundan sonra isə adı ilə tarixə düşən Füzuli-Şuşa avtomabil yolununZəfər yolunun təməli qoyuldu. Müxtəlif vaxtlardaFüzuliyə 4 dəfə səfər etmiş Ali Baş Komandan Füzulu Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmiryol xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməlini qoydu. Ərazilərin bərpa-quruculuq işlərinin gedişatı ilə daim maraqlanan , onu nəzarətdə saxlayan Prezidenteyni zamanda Füzuli rayonunun Aşağı Köndələnçay su anbarında yaradılmış şəraitlə tanışolmuş, “Füzuli” yarımstansiyasının açılışında iştirak etmişdir. Bir sözlə, Füzuli şəhəri Ali Baş Komandanın rəhbərliyi altinda yenidan qurulur və təxribatlar nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi üçün bütün lazimi işlər görülməkdədir. Şübhəsiz ki, yerli və xarici ekspertlərin iştirakı ilə aparılacaq bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir. 
Bu gün xalqımız beynəlxalq təşkilatların 30 il ərzində görə bilmədiyi, həll edə bilmədiyi Qarabağ münaqişəni 44 günə həll edən, Füzuli rayonu ilə birlikdə Qarabağımızın əzəli və əbədi torpaqlarımızı bizə qaytraran, neçə illərin həsrətinə son qoyan, hər bir azərbaycanlıya möhtəşəm qələbə sevinci yaşadan və bu sevincdən öz gözləri də yaşaran Müzəffər Ali Baş Komandanımıza həyatımız boyu minnətdar olmalıyıq. Vətən müharibəsi bizlərin hər birimizi bir əsgərə çevirərək Prezidentimizin ətrafında birləşdirdi və inam və iradə ilə möhtəşəm qələbənin sevincini yaşadıq. 
Qələbəmizin qazanılmasında çox böyük rolu olmuş, əsl igidlik və rəşadət göstərərək uca şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımıza Allahdan rəhmət diləyir, onların valideynlərinə isə: “Hər zaman başınızı dik və qururlu tutun”- deyirik. Çünki onların adları xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Onlar Azərbaycanın şanlı tarixini yazmışlar. 
Bu gün şəhid qanı, canı bahasınaazad edilən əzəli torpaqlarımızı dircəltmək , inkişaf etdirmək, təhlükəsizliyini təmin etmək hər bir azərbaycanlının vətəndaşlıq və vicdan borcudur. Bunun üçün bundan sonra da Ali Baş Komandanın ətrafında dahada sıx birləşərək işğaldan azad edilmiş torpaqlarımzda qurub-yaratmalı, göz-bəbəyimiz kimi qorumalı və gələcək nəsillərəötürməliyik. 
Yaşasın Müzəffər Azərbaycan Ordusu və Ali Baş Komandan !
Qarabağ Azərbaycandır!

Ucar rayon Heydər Əliyev adına Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbin direktoru-Elburus Baxşəliyev

Xəbər lenti