Logo

Azərbaycanda baş redaktor vəfat edib

14.10.2021 00:12 241 baxış
IMG

Neftçala rayonunda baş redaktor dünyasını dəyişib.

Tehsil.biz "Report"un Muğan bürosuna istinadən bildirir ki, rayonda fəaliyyət göstərən "Gündoğar" qəzetinin baş redaktoru, jurnalist Habil Əsədov bu gün vəfat edib.

Qeyd edək ki, Əsədov Habil Əsəd oğlu 1947-ci ildə Neftçala rayonu Abasallı kəndində anadan olub. Xıllı qəsəbə tam orta məktəbini və Azərbaycan Dövlət Universitetini bitirib.

O, 1973-cü ildən rayonda fəaliyyət göstərən "Gündoğar" (o vaxtkı "Oktyabr bayrağı") qəzetində çalışıb.

Xəbər lenti