Logo

BMU tələbələri logistika sahəsində təcrübə proqramına qoşulub

13.10.2021 16:48 411 baxış
IMG

166 Yükdaşıma və Logistika şirkətinin üç ildir ki, ardıcıl olaraq həyata keçirdiyi “166 Logistika Akademiyası” təcrübə proqramının seçim mərhələlərində iştirak edən 714 nəfərdən 52 gənc üç aylıq ödənişli təcrübə proqramına qəbul edilib. Qəbul olunanlar arasında Bakı Mühəndislik Universitetinin (BMU) 3 tələbə və məzunu da var.

İştirakçılar bakalavr və magistr dərəcəsi üzrə təhsil alan gənclər arasından seçilib. Beləliklə, üç ay müddətində təcrübəçilər ödənişli olaraq şirkətin əsas departamentlərində müxtəlif sahələr üzrə praktiki və nəzəri biliklərə yiyələnəcəklər.

Təcrübə müddətində öz peşə bacarıqlarını uğurla nümayiş etdirən namizədlər “166 Yükdaşıma və Logistika” şirkətinin müvafiq departamentlərində əmək funksiyalarının icrasını davam etdirəcəklər.

Qeyd edək ki, 2019-cu ildən etibarən keçirilən “166 Logistika Akademiyası” təcrübə proqramına ümumilikdə 4200-dən artıq müraciət qeydə alınıb və bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 153 nəfər təcrübə proqramına qəbul olunub. Onlardan 10-dan artıq iştirakçı BMU məzunu olub.

Xəbər lenti