Logo

ATU-da Macarıstan səfiri ilə görüş keçirilib

13.10.2021 15:29 557 baxış
IMG

Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi ilə Macarıstanın Azərbaycanda səfirinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara  tədris proqramının təkmilləşdirilməsi, təhsil prosesində tətbiq olunan yeniliklər barədə məlumat verib. Son ildə ATU-da 4 yeni ixtisasın açıldığını qeyd edən professor G.Gəraybəyli yerli tələbələrlə yanaşı, xarici tələbələrin də bu imkanlardan yararlandığını bildirib.

Macarıstanın Azərbaycandakı səfiri cənab Viktor Szederkenyi təmsil etdiyi ölkə ilə Azərbaycan arasında yüksək səviyyədə diplomatik və siyasi əlaqələrin mövcud olduğunu, bu əlaqələrin təhsil sahəsini də əhatə etdiyini bildirib.  

Səfirliyin mədəniyyət və təhsil üzrə diplomatı Mihaly Gruber Macarıstandakı tibb universitetləri ilə əlaqələr yaradılmasının önəmindən danışaraq ATU-nun rektoru professor G.Gəraybəylini öz ölkəsinə dəvət edib.

Görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Mətbuat xidmətinin rəhbəri Günel Aslanova iştirak edirdilər.

Sonra qonaqlar ATU-da təhsil alan bir qrup macarıstanlı və digər xarici ölkələrin tələbələri ilə görüşərək onlarla təhsil prosesi haqqında fikir mübadiləsi aparıblar.

Xəbər lenti