Logo

Vətən müharibəsi şəhidi, AƏSMA məzunu Novruzov Aqşinin şəhadəti günüdür

13.10.2021 12:43 1066 baxış
IMG

Bu gün Vətən müharibəsi şəhidi, akademiyamızın məzunu Novruzov Aqşinin şəhadəti günüdür.

Tehsil.biz xəbər verir ki, Aqşin Novruzov 1998-ci il avqustun 15-də Bakı şəhərində anadan olub. Texniki-Humanitar liseyini bitirib. Ali təhsilini Əmək və Sosial Münasibətlər Akademiyasında alıb.

O, 2020-ci ilin yayında həqiqi hərbi xidmətə yollanıb.

Aqşin 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində savaşıb. Döyüşlərin əvvəlində ayağından yaralanıb, müalicə olunduqdan sonra yenidən ön cəbhəyə yollanıb. Topçu olaraq briqadası ilə birlikdə döyüşlər zamanı 2 düşmən tankını məhv edib.

Aqşin Novruzov 13 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ruhun şad olsun!

Xəbər lenti