Logo

Paytaxt məktəblərində payız-qış mövsümünə hazırlıq tədbirlərinə başlanılıb

13.10.2021 11:47
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində  payız-qış mövsümü ilə bağlı hazırlıq tədbirlərinə başlanılıb.

Tehsil.biz xəbər verir ki, təhsil müəssisələrinin dam örtükləri, pəncərə şüşələri və giriş qapılarının vəziyyəti yoxlanılır, təminat resurslarından səmərəli istifadə edilməsi üçün tədbirlər görülür.

BŞTİ tərəfindən təhsil müəssisələrinin rəhbərlərinə yanğından mühafizə qurğularının, su hovuzları və nasosların texniki cəhətdən daim işlək vəziyyətdə olması, tədris-istehsalat sahələrinin xüsusiyyətlərindən asılı olaraq işçi və şagirdlərin yanğına qarşı təhlükəsizlik texnikası qaydaları ilə vaxtaşırı təlimatlandırılması, bu məqsədlə məsul şəxslərin müəyyənləşdirilməsi və əməyin mühafizəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi məsələlərini təmin etmək tapşırılıb. Həmçinin qazanxanaların istismarı üzrə əməyin mühafizəsi baxımından lazımi təlimati tapşırıqlar verilir.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.

Məktəblərin payız-qış mövsümünə hazırlıqları ilə bağlı məsələlər müntəzəm olaraq nəzarətdə saxlanılır. Yerlərdən daxil olmuş məlumatlar, keçirilən monitorinqlər əsasında müəyyənləşdirilən çatışmazlıqlar aidiyyəti qurumlara təqdim edilir.

Xəbər lenti