Logo

Aqrar Universitetin tələbələri Mingəçevir Su Elektrik Stansiyasında olub

13.10.2021 10:12 360 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin(ADAU) Mühəndislik fakültəsinin Elektrik mühəndisliyi ixtisasının bir qrup 3-cü kurs tələbəsi Mingəçevir Su Elektrik Stansiyasına ekskursiya ediblər.

Elektrik mühəndisliyi kafedrasının müdiri dosent Mahir Bağırzadənin rəhbərliyi ilə keçirilən ekskursiyada tələbələr stansiyadakı bütün texnoloji proseslər ilə tanış olublar.

Onlara suyun kimyəvi təmizlənməsi, hidrogen qurğusu şöbəsi, mexaniki şöbə və bilavasitə enerji istehsal olan şöbələrinin iş prinsipi ətraflı izah olunub.

Sonda tələbələrin sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

Xəbər lenti