Logo

Peşə təhsil müəssisələrinin rəhbər şəxslərinin Türkiyəyə təlim səfərinin səkkizinci günü yekunlaşıb

12.10.2021 14:26 316 baxış
IMG

11 oktyabr tarixində seçilmiş peşə təhsil müəssisələrinin rəhbərlərinin Türkiyəyə təlim səfəri çərçivəsində Mehmet Rıfat Evyap Mesleki ve Teknik Anadolu Lisesinə səfəri baş tutub.

Tehsil.biz xəbər verir ki, lisey direktoru Barış Saygılı açılış nitqində Türkiyədə peşə təhsilinin inkişafı barədə söhbət açıb, həmçinin rəhbərlik etdiyi müəssisənin peşə təhsilinə verdiyi töhfələr barədə ətraflı məlumat verib. Açılış nitqindən sonra liseyin maddi-texniki bazası ilə tanışlıq məqsədli infotur həyata keçirilib. Daha sonra sözügedən liseylə özəl sektor arasında əməkdaşlıq barədə məlumatlandırma sessiyası olub. “Acerpro” şirkətinin rəhbəri Fatih Acer liseydə şirkət tərəfindən qurulmuş laboratoriya və əməkdaşlıq çərçivəsində görülən işlər barədə təlim iştirakçılarını məlumatlandırıb.

Professor Tuncay Akçadağ “Təhsilin idarə edilməsi və Liderlik” mövzusunda onlayn təlim verərək effektiv təhsil idarəetməsinin əsas prinsipləri haqqında çıxış edib.

Təlim səfərinin səkkizinci günü “Rumeli Hisarı” və “Emirgan Korusu” gəzintisi ilə yekunlaşıb.

 Qeyd edək ki, 19 fevral 2021-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında imzalanan peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində həyata keçirilən səfərin əsas məqsədi peşə təhsili müəssisələrinin idarəedilməsində Türkiyədə tətbiq edilən qabaqcıl təcrübənin öyrənilməsindən ibarətdir. Bakı və müxtəlif regionları təmsil edən peşə təhsil müəssisələrinin 15 rəhbər şəxsi 2 həftə ərzində müxtəlif istiqamətlər üzrə təlimlərə qatılaraq, həmçinin sahəvi peşə təhsil müəssisələrində fəaliyyətin təşkili ilə bağlı yerində təcrübədən faydalanmaqdadırlar.

Xəbər lenti