Logo

ÜST və UNICEF, Avropa və Mərkəzi Asiyada bütün məktəblərin açıq qalmalı və COVID-19-dan qorunmalı olduğunu qeyd edir

12.10.2021 09:52 258 baxış
IMG

Kopenhagen & Cenevrə, 30 avqust – Milyonlarla məktəbli yüksək yoluxuculuq dərəcəsi olan SARS-CoV-2 Delta ştammının üstünlük təşkil etdiyi, bütün Avropa regionu üzrə məktəblərə qayıdarkən ÜST-nin Avropa Regional Bürosu və UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional Bürosu virusun ötürülməsini minimuma endirmək üçün tədbirlər görməklə məktəbləri açıq və təhlükəsiz qalmağa çağırır.

Bu tədbirlərə, milli peyvəndləmə planlarında əhalinin hədəf qruplarının bir hissəsi olaraq, müəllimlərə və digər məktəb işçilərinə COVİD-19 peyvəndlərinin təklif edilməsi, habelə həssas əhali qruplarının peyvəndlənməsinin təmin edilməsi daxildir. Bundan əlavə, uşaqları ağır COVİD-19 xəstəliyinə məruz qalma riskini ciddi dərəcədə artıracaq digər xəstəliyi olan 12 yaşlı və daha böyük uşaqlar da peyvənd olunmalıdır; məktəb mühitinin yaxşılaşdırılması üçün digər mühüm tədbirlər: siniflərdə havalandırma sisteminin yaxşılaşdırılması; mümkün olduğu hallarda sinif ölçülərinin azaldılması; uşaqların və işçilərin fiziki məsafə saxlaması və müntəzəm tibbi testlərdən keçirilməsi.

"Pandemiya təhsil sahəsində tarixdə ən fəlakətli pozuntulara gətirib çıxardı. Buna görə də, sinifərdə təhsilin bütün Avropa regionunda fasiləsiz davam etməsi vacibdir. Uşaqlarımızın cəmiyyətin xoşbəxt və məhsuldar üzvləri olmasına kömək etmək məqsədilə, məktəblər üçün uşaqların təhsili, psixi sağlamlıq və sosial bacarıqları baxımından bu, böyük əhəmiyyət kəsb edir." - Dr. Hans Anri P. Klyuq, ÜST-nin Avropa Regional Bürosunun direktoru.

"Pandemiya təhsil sahəsində tarixdə ən fəlakətli pozuntulara gətirib çıxardı. Buna görə də, sinifərdə təhsilin bütün Avropa regionunda fasiləsiz davam etməsi vacibdir. Uşaqlarımızın cəmiyyətin xoşbəxt və məhsuldar üzvləri olmasına kömək etmək məqsədilə, məktəblər üçün uşaqların təhsili, psixi sağlamlıq və sosial bacarıqları baxımından bu, böyük əhəmiyyət kəsb edir", - deyə Dr. Hans Anri P. Klyuq, ÜST-nin Avropa Regional Bürosunun direktoru izah edir.

"Pandemiyaya son qoymadan əvvəl bir müddət keçəcək, lakin uşaqların fiziki məktəb şəraitində təhlükəsiz təhsili bizim əsas məqsədimiz olaraq qalmalıdır, biz onları layiq olduqları imkanlardan məhrum etməməliyik. Biz bütün ölkələri məktəbləri açıq saxlamağa və bütün məktəbləri COVİD-19 riskini və müxtəlif ştammların yayılmasını minimuma endirmək məqsədilə tədbirlər görməyə çağırırıq".

Virusun Delta ştammından qorunmaq üçün peyvəndləmənin miqyasının genişləndirilməsi

Yüksək yoluxuculuq dərəcəsi olan SARS-CoV-2 Delta ştammı, bu il məktəblərin açılması mövsümü ilə bağlı əlavə narahatlıq və mürəkkəblik yaratdı. Cəmiyyətdə COVİD-19 yoluxma hallarının yüksək səviyyəsi məktəblərdə infeksiyanın ötürülmə ehtimalını daha da artırdı. Ona görə də biz hamımız virusun ötürülməsini azaltmaq öhdəliyini götürməliyik.

Əldə edilən məlumatlar aydın şəkildə göstərir ki, COVİD-19-a qarşı bütün peyvənd mərhələlərinin tamamlanması ağır xəstəlik və ölüm riskini əhəmiyyətli dərəcədə azaldır. Odur ki, peyvənd olunmağa çağırdığınız zaman bunu edin və peyvənd dozalarını tam ölçüdə qəbul etdiyinizə əmin olun.

"Peyvəndləmə virusa qarşı ən yaxşı müdafiə xəttimizdir və pandemiyanın sona çatması üçün bütün dünyada ən həssas insanları qorumaq məqsədi ilə peyvənd istehsalına dəstək və dozaların birgə istifadəsi daxil olmaqla, bütün ölkələrdə peyvəndin miqyasını tez və ədalətli şəkildə genişləndirməliyik. Biz həmçinin ictimai səhiyyə və sosial müdafiə sahəsində bizə məlum olan tədbirləri, o cümlədən testləşdirmə, sekvenasiya, izləmə, təcrid və karantin tədbirlərini ard-arda davam etməliyik", - deyə Dr. Hans Henri P. Kluge bildirib.

"Peyvəndləmə virusa qarşı ən yaxşı müdafiə xəttimizdir və pandemiyanın sona çatması üçün bütün dünyada ən həssas insanları qorumaq məqsədi ilə peyvənd istehsalına dəstək və dozaların birgə istifadəsi daxil olmaqla, bütün ölkələrdə peyvəndin miqyasını tez və ədalətli şəkildə genişləndirməliyik. Biz həmçinin ictimai səhiyyə və sosial müdafiə sahəsində bizə məlum olan tədbirləri, o cümlədən testləşdirmə, sekvenasiya, izləmə, təcrid və karantin tədbirlərini ard-arda davam etməliyik." - Dr. Hans Henri P. Kluge

Məktəblərin təhlükəsizliyinin təmin edilməsi bütün cəmiyyətin məsuliyyətidir

Milena Mariç Serbiyanın Belqrad şəhərində yuxarı siniflərdə riyaziyyatdan dərs deyən və COVİD-19 qarşı tam peyvəndlənmiş müəllimdir. O dedi: "demək olar ki, iki ildi 'COVİD-19' və 'onlayn təlim' bizim həyatlarımıza öz damğasını vurub. Pandemiya başlayanda, Serbiyada məktəb sistemi sürətlə yaranmış vəziyyətə uyğunlaşdı. Lakin tələbələrə ardıcıllıq, sosiallaşma, kollektiv iş, real vaxt rejimində fikir mübadiləsi, texnologiyasız canlı ünsiyyət çatışmırdı. Bilirəm ki, bu vəziyyətdən yeganə çıxış yolu virusun ötürülməsinin qarşısını almaq və bütün müəllimləri peyvəndləmək üçün tədbirləri davam etdirməkdir".

UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktorunun müavini Filipp Kori deyib: "Pandemiya hələ bitməyib. Məktəblərin bütün bölgədə açıq qalmasının təmin edilməsində hamımız üzərimizə düşənləri etməliyik. Uşaqlar və gənclər daha bir il təhsilin prosesinin pozulması riskinə məruz qoyulmamalıdır. Peyvəndləmə və qoruyucu tədbirlər birlikdə pandemiyanın ən qaranlıq günlərinə qayıtmanın qarşısını almağa kömək edəcək, çünki insanlar özünütəcrid tədbirlərinə  dözməli olurdular, uşaqlar isə öyrənmənin parçalanmasını yaşayırdılar.

"Uşaqlar pandemiyanın səssiz qurbanı olmuşlar və ən çox sosial cəhətdən təcrid olunanlar ən çox zərər çəkənlər arasında idi. COVİD-19-dan əvvəl bölgənin ən həssas uşaqları artıq məktəbdən kənarda qalmış və yaxud məktəbdə olduqlarına baxmayaraq sinif yoldaşları ilə eyni səviyyədə təhsil almırdılar.

"Məktəb bir binadan daha geniş məfhumdur. Məktəb, bizim icmaların qəlbində öyrənmə, təhlükəsizlik və oyun yeridir. Məktəblər qapalı olanda, uşaqlar təhsillərini, dostları ilə ünsiyyət qurmaqlarını əldən vermiş olurlar və ailədə zorakılığa məruz qala bilərlər. Pandemiya onsuz da qəbuledilməz vəziyyəti daha da ağırlaşdırdı - biz məktəblərin yenidən açılmasını və onların təhlükəsiz olaraq açıq qalmasını təmin etməliyik".

"Məktəb bir binadan daha geniş məfhumdur. Məktəb, bizim icmaların qəlbində öyrənmə, təhlükəsizlik və oyun yeridir. Məktəblər qapalı olanda, uşaqlar təhsillərini, dostları ilə ünsiyyət qurmaqlarını əldən vermiş olurlar və ailədə zorakılığa məruz qala bilərlər." - UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktorunun müavini Filipp Kori

Ekspert tövsiyələri

Məktəbləri açıq və təhlükəsiz saxlamağa kömək etmək üçün, ÜST, UNICEF və UNESCO, COVID-19 zamanı məktəblərdə təhsil məqsədilə ÜST-nin Avropa texniki məsləhət qrupu tərəfindən hazırlanmış səkkiz ekspert tövsiyə paketini təsdiqləmişdir.  ÜST-nin Avropa regionunda 53 üzv dövlətində istifadəsi nəzərdə tutulan bu tövsiyələr aşağıdakılardır:

1. Məktəblər bağlanacaq yerlər arasında sonuncu və yenidən açılacaq yerlər arasında birinci olmalıdır.

2. Tibbi test strategiyasını hazırlayın.

3. Riskləri azaltmaq üçün effektiv tədbirləri təmin edin.

4. Uşaqların psixi və sosial rifahının qoruyun.

5. Ən həssas və sosial cəhətdən təcrid olunmuş uşaqları qoruyun.

6. Məktəb mühitini yaxşılaşdırın.

7. Uşaqları və yeniyetmələri qərar vermə prosesinə cəlb edin.

8. Uşaqların məktəbdə saxlanılmasına yönəlmiş peyvənd strategiyasını həyata keçirin.

Xəbər lenti