Logo

İqtisadiyyat üzrə Nobel mükafatı laureatları

12.10.2021 09:04 350 baxış
IMG

Oktyabrın 11-də  İsveçin paytaxtı Osloda 2021-ci ilin iqtisadiyyat sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıb. 

İsveç Dövlət Bankının Alfred Nobelin xatirəsinə təsis etdiyi mükafata “Səbəb-nəticə əlaqələrinin təhlilinə metodoloji töhfələrinə görə” nominasiyasında  amerikalı iqtisadçı alimlər Coşua D. Angrist və Qvido V. Imbens,  eləcə də “Əmək iqtisadiyyatına verdiyi empirik töhfəsinə görə” nominasiyası üzrə David Kard layiq görülüb.

İqtisadiyyat üzrə Nobel mükafatı iqtisad elmləri sahəsində ən nüfuzlu mükafat hesab olunur.  İsveç bankının 300 illiyi münasibətilə təsis olunmuş bu mükafat ilk dəfə 1969-cu ildə verilib.

Ötən ildə  olduğu kimi, bu il də hər nominasiyada Nobel mükafatının pul məbləğı  10 milyon kron (1.19 milyon ABŞ dolları) təşkil edəcək.

Qeyd edək ki, mükafatın təqdimat mərasimi dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Alfred  Nobelin doğum günündə keçiriləcək.

Oruc MUSTAFAYEV

Xəbər lenti