Logo

Diasporla İş üzrə Dövlət Komitəsi VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib

12.10.2021 08:48
IMG

Diasporla İş üzrə Dövlət Komitəsi oktyabrın 6-10-da Bakıda keçirilən VII Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib.

Tehsil.biz xəbər verir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan və Bakı Ekspo Mərkəzində baş tutan sərginin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sərgidəki stendində komitənin dəstəyi ilə nəşr olunan kitab və jurnallar nümayiş etdirilib. Onların arasında Arif Hüseynovun “Qarabağnamə”, xaricdə yaşayan azərbaycanlı rəssamların “Biz azərbaycanlıyıq” kataloqu və xarici ölkələrdə fəaliyyət göstərən həftəsonu məktəbləri üçün “Azərbaycan dili” dərsliyi ziyarətçilərin daha çox marağına səbəb olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin stendini ictimai-siyasi xadimlər, millət vəkilləri, elm adamları, məktəblilər və xaricdə yaşayan azərbaycanlılar ziyarət ediblər.

Sərginin sonunda Dövlət Komitəsi VII Beynəlxalq Kitab Sərgi-Yarmarkasının sertifikatı ilə təltif olunub.

Xəbər lenti