Logo

Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq konfransda iştirak edib

11.10.2021 21:10
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) “SPE BHOS Petrobowl” komandası Dubay şəhərində keçirilən SPE ATCE konfransında iştirak edib.

Tehsil.biz xəbər verir ki, üç gün davam edən konfransda BANM-i “SPE BHOS Petrobowl” komandasının kapitanı Rəhimə Abbasova, üzvləri Toğrul Tahirov, Kənan Məmmədov, Xalid Orucov və Elnur Əsgərov təmsil edib. 

Konfransda komanda üzvləri müxtəlif şirkətlər və onlara məxsus ən son tələblərə cavab verən cihazlarla tanış olmaq imkanı qazanıblar.

Komandanın kapitanı Rəhimə Abbasova bildirib ki, əvvəlkilərdən fərqli olaraq, bu dəfə təşkil edilən konfransda yaxın gələcək üçün enerji mənbələrinin ətraf mühitə zərərinin mümkün qədər azaldılması istiqamətində müzakirə və ideyalara üstünlük verilib: “Dünyanın enerji liderlərinin yaxın gələcəkdəki neft və qaz istehsalını tənzimləmək və atmosferə buraxılan karbon qazının miqdarını azaltmaq üçün təklif etdiyi strategiya barədə fikirləri bizi əmin addımlarla irəliləmək üçün daha çox ruhlandırıb yol göstərmiş oldu. Eyni zamanda, bir sıra panel müzakirələr və konfrans iştirakçılarının neft-qaz sahəsinin müxtəlif qollarını əhatə edən elmi məqalələrinin təqdimatlarını dinlədik. Növbəti illərdə tələbələrimizin “PetroBowl” yarışlarında uğurlu nəticələr əldə edərək bu konfransda iştirak etməyini ürəkdən arzulayırıq". 

Xatırladaq ki, “SPE BHOS Petrobowl” komandası bu beynəlxalq konfransda iştirak etmək haqqını 17-18 aprel tarixində keçirilmiş “Petrobowl” yarışmasının Rusiya və Xəzər bölgəsi üzrə mərhələsində 1-ci yerin qalibi olmaqla qazanıb.

Xəbər lenti